"Olimpiakos"da Marselo şoku: Xroniki zədəsi var

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un yeni transferi Marseloda xroniki zədə aşkarlanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərə görə, braziliyalı sol cinah müdafiəçisinin bud əzələsində xroniki zədə var. Bu səbəbdən 35 yaşlı futbolçunun Pirey təmsilçisində debütü ləngiyəcək.

"Olimpiakos" son klubu "Real" olan Marselonu azad agent statusu ilə heyətinə qatıb.

Qeyd edək ki, "Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right