Kasilyas Şakira ilə eşq yaşayır?

"Real"ın sabiq qapıçısı İker Kasilyas kolumbiyalı müğənni Şakira ilə sevgili olduqları barədə yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, tərəflər İnstaqram hesablarından bir-birlərini izləməyə aldıqlarından sonra onların sevgili olduğu haqda söz-söhbətlər yaranmağa başlayıb.

Kasilyas isə İnstaqram hesabının “History” bölümündə etdiyi paylaşımlarla bu məlumatları ələ salıb və təkzib edib. O, həmin xəbər başlıqlarını ayr-ayrı paylaşıb. Bununla da 41 yaşlı keçmiş qolkiper Şakira ilə bir-birlərini izləməyə almalarının sevgili olduqları mənasına gəlmədiyinə və məlumatların şayiə olduğuna işarə edib.

Qeyd edək ki, Şakira iyunun 4-də "Barselona"nın futbolçusu Jerar Pike ilə 11 illik münasibətinə son qoyub. Bildirilirdi ki, buna səbəb müdafiəçinin xəyanət etməsi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right