"Arda yaxşı futbolçu olmaqla yanaşı,..."-Luis Enrike

"Barselona"nın baş məşqçisi Luis Enrike UEFA superkubokunda "Sevilya" ilə oyun öncəsi fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, bu qarşılaşmanın favoriti olmadığını deyib: "Favorit olub-olmamağımız məni maraqlandırmır. Məqsədim komandamın meydanda bütün gücü ilə oynamasıdır. Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".

L.Enrike komandanın yeni transferi Arda Turanın komandaya asan uyğunlaşdığını vurğulayıb:

"Arda yaxşı futbolçu olmaqla yanaşı, həm də zarafatcıl insandır. Ancaq onun necə bir futbolçu olduğunu meydanda göstərməsi üçün yanvar ayına kimi gözləmək məcburiyyətindəyik".

Kataloniya klubunun baş məşqçisi komandanın hücumçusu Neymarın zədə səbəbindən "Sevilya"ya qarşı oynamamasına da münasibət bildirb:

"Heyətimizdə zədəli futbolçuların yeni doldura biləcək oyunçular var".

Qeyd edək ki, "Barselona" - "Sevilya" görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right