"Barselona" maaşlar üçün 650 milyon avro xərcləyir

“Barselona”da maaşlara ayrılan vəsaitin həcmi artıb.

Newsport.az xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb.

Klubun maliyyə hesabatında göstərilib ki, bu mövsüm “Barselona”da ödənilən maaş 650 milyon avro təşkil edir. La Liqa bu məbləğdə maaş ödənilməsinə icazə verib.

Ötən mövsümlə müqayisədə klubun maaşa ayırdığı vəsait 138 milyon avro artıb.

Bu, klub tarixində 2-ci göstəricidir. Yalnız 2018/2019 mövsümündə “Barselona”da daha çox maaaş ödənilib. Həmin vaxt bu məbləğ 671 milyon avro olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right