"Mançester Yunayted" niderlandlı üçün 90 milyon avro ödəyəcək

"Barselona"nın futbolçusu Frenki de Yonq "Mançester Yunayted"ə keçə bilər.

Newsport.az "The Telegraph"a istinadən xəbər verir ki, İngiltərə klubu mövsüm sonunda niderlandlını transfer etmək üçün Kataloniya klubuna növbəti təklifini irəli sürəcək.

Əslində, De Yonq "Mançester Yunayted"ə mövsümün əvvəlində keçə bilərdi. Amma o, sonda hazırkı klubunda qalmağa üstünlük verib. "Qırmızı şeytanlar" isə Niderland millisinin üzvü üçün klubuna 90 milyon avro ödəməyə hazırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right