Premyer Liqanın daha bir klubu amerikalı iş adamına satılır

“Everton”un sahibi Farhad Moşiri klubu amerikalı iş adamı Matsek Kaminskiyə sata bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq razılığa yaxındırlar.

Sövdələşmə məbləğinin təxminən 437 milyon avro ola biləcəyi qeyd edilir.

2016-cı ildə Moşiri Mersisayd klubunda 49,9 faiz səhm əldə edərək, 2019-cu ilə qədər səhmlərini 77,2 faizə çatdırıb.

“Everton” İngiltərə Premyer Liqasının 7 turundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, bir neçə ay öncə Premyer Liqanın digər təmsilçisi “Çelsi” də amerikalı iş adamlarına satılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right