Millinin sabiq üzvü karyerasını başa vurdu

Almaniya millisinin sabiq üzvü Qonzalo Kastro aktiv futbolçu karyerasını başa vurub.

Newsport.az xəbər verir ki, bu barədə futbolçu özü yerli mətbuata açıqlamasında bildirib.

35 yaşlı müdafiəçi bu yay "Arminiya"dan ayrıldıqdan sonra özünə komanda tapa bilməyib. Ona görə də Kastro karyerasını başa vurmaq qərarına gəlib.

​"Bayer"(Leverkuzen) yetirməsi olan Qonzalo "Borussiya" və "Ştuttqart"da çıxış edib. O, Almaniya millisində 5 görüşə çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right