Alleqri keçmiş həyat yoldaşını məhkəməyə verdi

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri mənimsəmədə, habelə ailə öhdəliklərini pozmaqda ittiham etdiyi keçmiş həyat yoldaşı Klaudiya Uqini məhkəməyə verib.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis qarşı tərəfi 11 yaşlı oğlu üçün ayrılan puldan özünə və əvvəlki münasibətdən doğulan böyük qızının universitet xərclərinə istifadə etməkdə  günahlandırır. 2019-2021-ci illər arasında edilən mübahisəli xərclər arasında karantin dövründə Livornoda ev almaq və maliyyə investisiyaları da var.

Prosesdə vəkil pulun bütün ailəyə xərcləndiyini təsdiqləyib. Təhqiqat maliyyə polisi tərəfindən aparılıb və o, qadının son illərdə aldığı 600 min avronun 200 min avrodan çoxunun qanunsuz xərclərə sərf olunduğunu hesab edib. Məhkəmə noyabrın 8-nə təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right