Arda Turan üçün vida oyunu keçiriləcək

Karyerasını başa vuran "Qalatasaray"ın sabiq üzvü Arda Turan üçün vida oyunu keçiriləcək.

Newsport.az xəbər verir ki, bunu İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Vida oyununun keçirilmə vaxtı hələ məlum deyil.

Qeyd edək ki, A.Turan karyerasını 35 yaşında başa vurub. O, “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “İstanbul Başakşehir”də çıxış edib. Ardanın sonuncu klubu (2020-22-ci illər) yetirməsi olduğu “Qalatasaray” olub. O, 2006-2017-ci illərdə Türkiyəmillisində 100 oyunda meydana çıxıb, 17 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right