Millinin sabiq üzvü hərbi komissarlığa çağırıldı

Rusiya millisinin sabiq üzvü Diniyar Bilyaletdinov hərbi komissarlığa çağırılıb.

Newsport.az-ın məlumatına görə, "Lokomotiv", "Rubin", "Everton" kimi klublarda çıxış etmiş veteran futbolçu çağırışlarçılar sırasında olmasından danışıb:

"Hər şey yaxşıdı. Hərbi komissarlığa getdim, bəzi sənədləri yenilədim. Məlumatları yoxlamaq lazım idi. Heç bir sual yox idi, məni dərhal evə buraxdılar”. 

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik elan edilib.

Bundan əvvəl boks üzrə keçmiş dünya çempionu, Dövlət dumasının deputatı Nikolay Valuyevə də qismən səfərbərlik çərçivəsində çağırış vərəqəsi göndərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right