"Beşiktaş"ın üzvü Azərbaycan millisindən imtina etdi, Türkiyə yığmasında ilk oyununa çıxdı

Azərbaycanın U-17 və U-19 yığma komandasının formasını geyinmiş Berkay Vardar millimizdən imtina edib.

Newsport.az-ın məlumatına görə, "Beşiktaş"ın futbolçusu Azərbaycanın U-21 yığmasında oynamaq istəməyib. Belə ki, o, Türkiyənin U-21 yığmasından gələn təklifi müsbət cavablandırıb. Yarımmüdafiəçi artıq Türkiyənin U-21 yığmasında debüt də edib.

Vardar iki gün öncə Gürcüstanın U-21 yığmasına qarşı keçirilən yoldaşlıq görüşünün ikinci hissəsində meydana çıxıb. Baş məşqçi Tolunay Kafkasın onu növbəti toplanışlara da dəvət edəcəyi gözlənilir.

Vardar hazırda "Beşiktaş"ın əsas komandasında çıxış edir.

Xatırladaq ki, Vardardan öncə hazırda "Adanaspor"da çıxış edən Emre Kaplan da Azərbaycanın U-21 yığmasında çıxış etdikdən sonra Türkiyənin U-21 yığmasında oynamaq qərarına gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right