"Barselona"dan Messi açıqlaması: "Mümkündür"

"Barselona"nın prezidentinin köməkçisi Eduardo Romeu Lionel Messinin komandaya qayıtmaq ehtimalından danışıb.

 

Newsport.az xəbər verir ki, "Catalunya" radiosuna açıqlama verən klub rəsmisi transferin mümkün ola biləcəyini söyləyib:

 

"Maliyyə cəhətdən bu, mümkün ola bilər. Çünki, Messi mövsümün sonunda azad agent statusunda olacaq. Qərarı baş məşqçi verməlidir. Bu, mənim işim deyil, amma həyata keçə bilər".

 

Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan ayrıldıqdan sonra PSJ ilə 2 illik müqavilə imzalamışdı. Argentinalı ulduzun Paris təmsilçisi ilə sözləşməsi mövsümün sonunda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right