Neymar Mbappenin təkəbbürlü davranışından bezib

PSJ-nin futbolçuları Kilian Mbappe və Neymar arasında münasibətlər gərgin olaraq qalır.

Newsport.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Bildirilib ki, olnarın münaqişəsi avqustda fransalı hücumçu PSJ-nin əsas penalti oyunçusu təyin olunanda başlayıb. Mbappenin penaltini dəqiq yerinə yetirmədiyi, ikinci penaltini isə Neymarın qola çevirdiyi "Monpelye" ilə matçdan (5:2) sonra vəziyyətə Serxio Ramos və Markinyos müdaxilə edib.

Çempionlar Liqasında PSJ - "Yuventus" (2:1) oyunundan sonra futbolçular arasında yeni qarşıdurma yaranıb. Neymar Mbappenin bəzi qərarlarına əsəbiləşib. Daha sonra Lionel Messi ziddiyyətləri aradan qaldırmağa çalışıb.

Neymarın Mbappenin təkəbbürlü davranışından bezdiyi bildirilir. Buna baxmayaraq, futbolçular şəxsi problemlərinin PSJ-dəki mühitə təsir etməməsi üçün çalışdıqları vurğulanıb. Neymar və Mbappe vəziyyəti sakitləşdirmək niyyətindədir. Onlar münasibətlərinin medianın diqqətini cəlb etməsini və komandaya zərər verməsini istəmirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right