Ən yaxşı 3-cü bombardir Messi

Argentina millisinin hücumçusu Lionel Messi yığma komandaların bombardirləri siyahısında üçüncü pilləyə yüksəlib.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu sentyabrın 28-də Yamayka ilə görüşdə (3:0) dubl edib.

Messinin Argentina yığmasında 90 qolu var və malayziyalı Mokhtar Dahari (89) qabaqlayır.

Milli komandadakı qol sayına görə rekord portuqaliyalı Kriştiano Ronaldoya məxsusdur (117). İkinci yeri iranlı Əli Daei (109) tutur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right