"Zenit"in icarə əsasında "Rubin"də oynayan azərbaycanlı futbolçusu Ramil Şeydayev yeni komandasında debüt edib.
Newsport.az-ın məlumatına görə, 19 yaşlı futbolçumuz Rusiya Premyer Liqasının 4-cü turunda "Rostov"la görüşdə meydana çıxıb.
R.Şeydayevin debütü uğursuz alınıb. Matçın ilk 45 dəqiqəsində meydanda olan Ramil komandasını böyükhesablı məğlubiyyətdən xilas edə bilməyib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev fasilədən sonra əvəzlənib.
Qeyd edək ki, 4 turdan sonra aktivində xalı olmayan "Rubin" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.