"Fənərbaxça"dan ayrılan futbolçu ərəb klubuna keçdi

"Fənərbaxça"dan ayrılan Filip Novakın yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı sol cinah müdafiəçisi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Çexiyalı futbolçu "Əl Cəzirə" klubuna transfer olunub. Bu barədə BƏƏ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Filip Novak "Fənərbaxça"ya 2020-ci ilin yayında transfer olunub. Təcrübəli oyunçu İstanbul klubunun heyətində meydana çıxdığı 51 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right