Ronaldonun Səudiyyə Ərəbistanı klubuna keçidi niyə baş tutmayıb?

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun prezidenti Fahad bin Nafel "Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldonu transfer etmək istədiklərini bildirib.

Newsport.az "Metro"ya istinadən xəbər verir ki, klub rəhbəri portuqaliyalı forvardla danışıq apardıqlarını da etiraf edib:

"Ronaldo ilə danışıqlar aparırdıq. Təəssüf ki, bizə yeni oyunçuların qeydiyyatına qadağa qoyuldu. Ona görə də danışıqlarımız erkən yekunlaşdı. Yoxsa, onunla danışıqlara davam etmək istəyirdik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right