“Borussiya”nın qapıçısından möhtəşəm göstərici

Futbol üzrə İsveçrə milli komandasının qapıçısı Yann Zommer tarixi uğura imza atıb.

Newsport.az xəbər verir ki, 33 yaşlı futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur matçında nail olub.

61-ci dəqiqədə penaltini dəf edən Sommer, ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.

Yann Zommer 2020-ci ilin noyabrından indiyədək 5 penaltinin qolla nəticələnməsinə icazə verməyib.

Zommer 2014-cü ildən Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun uğurları üçün çalışır. O, İsveçrə yığmasında 76 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right