"Fənərbaxça" onunla müqaviləni ləğv etdi

"Fənərbaxça" Filip Novakla yolları ayırıb.

Newsport.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. İstanbul təmsilçisi Çexiya millisinin 32 yaşlı müdafiəçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Türkiyə mətbuatının yazdığına görə, Novak karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubundan davam etdirmək niyyətindədir.

2020-ci ilin yayında "Fənərbağxa"ya keçən Novak bu komandada 51 oyun keçirib, 4 qol vurub.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right