Regekampfdan milliyə namizəd göstərilməsinə reaksiya

“Hazırkı məqam Rumıniya millisinə getməyimə imkan vermir”.

Newsport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf klubun televiziya kanalına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis Rumıniya yığmasının baş məşqçisi postuna namizəd göstərilməsinə münasibət bildirib:

“Neftçi” ilə müqaviləm var. Burada özümü xoşbəxt hiss edirəm. Rumıniya millisinin çox yaxşı baş məşqçisi var. Bu posta digər namizədlər də güclü mütəxəssislərdir. Mənim üçün düzgün məqam deyil”.

Regekampf yay fasiləsində “Neftçi”nin “sükanı arxasına” keçib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right