Kvaratsxeliyanın transfer qiymətində fantastik artım

Gürcüstan millisinin "Napoli"da oynayan hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 2022/2023 mövsümünün əvvəlindən əla oyunu ilə diqqət çəkir. 

Newsport.az xəbər verir ki, bu yay "Napoli"yə keçəndən sonra Xviça İtaliya klubunda 9 matçda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Gürcüstan millisində də uğurla oynayır. Millətlər Liqasının 2022/2023 mövsümünün qrup mərhələsinin nəticələrinə görə, Xviça 5 qolla bombardirlər siyahısında üçüncüdür. Gürcü gutbolçu bu göstəricidə yalnız hərəyə 6 qol olan Erlinq Haaland (Norveç) və Aleksandar Mitroviçdən (Serbiya) sonra gəlir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right