DÇ-2022: Qətərin xərclədiyi məbləğ bilindi

Qətər dövlətinin futbol üzrə dünya çempionatının keçirilməsi üçün nə qədər pul xərclədiyi məlum olub.

Newsport.az-ın məlumatına görə, bu barədə mundialın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlama verib.

Əl-Nuaymi bildirib ki, DÇ-2022 üçün 208 milyard avro xərclənib. O, bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu deyib:

“Yeni yollar, metro, hava limanı, otellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb”.

DÇ-2022 20 noyabr-18 dekabrda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right