"Millətlər Liqasına görə Avropanın ən yaxşı komandaları ilə oynaya bilmirik"

Braziliya millisinin sabiq üzvü Kaka Cənubi Amerika milli komandalarının 2002-ci ildən dünya çempionatında qalib gələ bilməməsinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib: “Argentina və ya Braziliya qarşıdan gələn dünya çempionatının kubokunu qazanacaq? Ümid edirəm, amma Avropa futbolu indi çox yaxşı səviyyədədir. Dezavantajımız da var ki, Millətlər Liqası ilə artıq Avropanın ən yaxşı komandaları ilə yoxlama matçları oynaya bilmirik. Buna görə Braziliyan Cənubi Amerikada demək olar ki, hər oyunda qalib gəlir və bu, bizi daha az rəqabətli edir. Bu fakt milli komandanın inkişafını çətinləşdirir. Ancaq yenə də Braziliya və Argentina dünya çempionatında yaxşı çıxış edir və əla oyunçulara malikdir.

İndiki Argentina yığmasını çox bəyənirəm, onların yaxşı məşqçiləri var. Həm Braziliyanın, həm də Argentinanın bu mundialda qalib gəlmək üçün böyük şansları var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right