“Trabzonspor”da ayrılıq və 1.2 milyon avroluq təzminat

Türkiyənin “Trabzonspor” klubu norveçli futbolçusu Anders Trondsenlə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Trabzon təmsilçisi oyunçuya 1 milyon 252 min 500 avro məbləğində təzminat ödəyəcəyini açıqlayıb.

Trondsen 2020-ci ilin avqustunda “Trabzonspor”la 4 illik müqaviləyə imza atmışdı. Onun klubla müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatmalı idi. Yarımmüdafiəçi Türkiyə klubunun heyətində cəmi 14 matça çıxıb. Daha öncə “Lillehammer”, “Stabek”, “Sarpsborq” və “Rusenborq” kimi klubların da formasını geyinmiş futbolçu Norveç yığmasında 4 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right