“Bu, debüt etdiyim vaxtdan bəri oynadığım ən yaxşı Braziliya millisidir” Neymar

PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar DÇ-2022 ərəfəsində yığma komandanı tərifləyib.

Newsport.az-ın məlumatına görə, Neymar, güclü komanda olduqlarını deyib:

“Bu, debüt etdiyim vaxtdan bəri oynadığım ən yaxşı Braziliya milli komandasıdır. Biz güclü komandayıq, qalib gəlirik və bu, çox yaxşıdır. Güclü hücum xəttimiz var. Bu komandada hər kəsin xüsusi rolu və hamımızın ümumi məqsədi var. Təcrübə və gəncliyin qarışığı var. Biz bir-birimiz üçün çalışırıq, komanda şəklində oynayırıq. 2022-ci il dünya çempionatında qalib gəlmək üçün hər cür şansımız var”.

Dünya çempionatı bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right