“Barselona”nın futbolçusu əməliyyat olunacaq DÇ-ni buraxa bilər

Futbol üzrə Uruqvay millisinin və İspaniyanın “Barselona” komandasının müdafiəçisi Ronald Arauxo zədələnib.

Newsport.az-ın məlumatına görə, o, milli komandanın heyətində İrana 0:1 hesabı ilə uduzduqları yoxlama matçının 5-ci dəqiqəsində sağ budundan xəsarət alıb.

Kataloniya klubunun rəsmi saytının yaydığı məlumata görə, gənc oyunçu yaxın günlərdə Finlandiyada əməliyyat olunacaq. Arauxonun bərpa dövrünün müddəti açıqlanmayıb. Amma onun bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxması ehtimalı var.

Arauxo 2019-cu ildən “Barselona”nın əsas komandasında çıxış edir. 23 yaşlı müdafiəçi bu mövsüm Kataloniya təmsilçisinin heyətində 7 matça çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right