“Sumqayıt”ın legioneri millinin matçında meydandan qovuldu

“Sumqayıt”ın futbolçusu Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində UEFA Millətlər Liqasının C Divizionu çərçivəsində Bolqarıstana qarşı keçirilən ev oyununda meydandan qovulub.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Hazırda matçda ikinci hissə oynanılır və Bolqarıstan yığması 1:0 hesabıyla öndədir.

Xatırladaq ki, Todor Todoroski cari mövsümün əvvəlindən “Sumqayıt”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right