İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, Milan təmsilçisinin yarımmüdafiəçisi Marselo Brozoviç sıradan çıxıb. 29 yaşlı futbolçu Xorvatiya millisinin UEFA Millətlər Liqasında Avstriya ilə keçirdiyi oyunda (3:1) zədələnib.
Brozoviç İtaliya A Seriyasında "Roma"ya, Çempionlar Liqasında isə "Barselona"ya qarşı keçiriləcək matçlarda komandasına kömək edə bilməyəcək.