İtaliya final mərhələsində, İngiltərə - Almaniya matçında 6 qol Yenilənib

Millətlər Liqasının qrup mərhələsində sonuncu - 6-cı turunun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, A, B, C və D Liqalarında ümumilikdə 7 matç oynanılıb..

A Liqasında İtaliya final mərhələsinə yüksəlmək üçün Macarıstan səfərindən qələbə ilə dönməli idi. İtalyanlar bunu bacarıb. 2:0 hesablı qələbə qazanan Roberto Mançininin komandası finala vəsiqə qazanıb. 3-cü qrupda İngiltərə Almaniyanı qəbul edib. Oyun 3:3 hesabı ilə başa çatıb. İngiltərənin aşağı liqaya düşəcəyi bundan əvvəlki turda dəqiqləşib.

B, C və D Liqalarındakı matçlarda qrup liderləri əvvəlki turda bəlli olub.

Millətlər Liqası, 5-ci tur

A Liqası

3-cü qrup

22:45. İngiltərə - Almaniya - 3:3

Qollar: Lük Şou, 72. Meyson Maunt, 75. Harri Keyn, 83-pen. - İlkay Gündoğan, 52-pen. Kay Haverts, 67; 87

22:45. Macarıstan - İtaliya - 0:2

Qollar: Cakomo Raspadori, 27. Federiko Dimarko, 52

Xal durumu: İtaliya - 11, Macarıstan - 10, Almaniya - 7, İngiltərə - 3

B Liqası

22:45. Monteneqro - Finlandiya - 0:2

Qol: Oliver Antman, 47. Benyamin Kelman, 53

22:45. Rumıniya - Bosniya və Herseqovina - 4:1

Qollar: Denis Man, 38. Corce Puşkaş, 73; 86. Andrey Ratsiu, 79 - Edin Dzeko, 77

Xal durumu: Bosniya və Herseqovina - 11, Finlandiya - 8, Monteneqro - 7, Rumıniya - 7

 

C Liqası

22:45. Cəbəllütariq - Gürcüstan - 1:2

Qollar: Lui Ennesli, 75 - Xviça Kvaratsxeliya, 19-pen., Giorgi Tsitaişvili, 49

22:45. Şimali Makedoniya - Bolqarıstan - 0:1

Qol: Kiril Despodov, 50

Xal durumu: Gürcüstan - 16, Bolqarıstan - 9, Şimali Makedoniya - 7, Cəbəllütariq - 1.

D Liqası

22:45. San Marino - Estoniya - 0:4

Xallar: Estoniya - 9, Malta - 6, San marino - 0

Xal durumu: Estoniya - 12, Malta - 6, San marino - 0

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right