"Nant"ın müdafiəçisi: "Qarabağ"a məğlubiyyət hələ də boğazımda düyünlənib"

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant"ının futbolçusu Dennis Appia klubun rəsmi saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisi Bakıda Azərbaycan klubuna 0:3 hesabı ilə məğlub olduqları matç haqda da danışıb:

"Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq. Qrupda "Olimpiakos" üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq. Ancaq ikinci turda "Qarabağ"a məğlubiyyət hələ də boğazımda düyünlənib. Avrokubok matçlarının nə qədər mürəkkəb olduğunu bilirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right