2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olmuş Önder Karaveli özünə yeni komanda tapıb.
Newsport.az-ın məlumatına görə, bir müddət əvvəl “Beşiktaş”da baş məşqçi fəaliyyətini yerinə yetirmiş Karaveli Türkiyə 1-ci liqasında çalışacaq. O, bu liqada yarışan “Adanaspor”la anlaşıb.
47 yaşlı mütəxəssis mövsümün sonuna qədər Adana təmsilçisinə rəhbərlik edəcək.
Karaveli Ağdam klubundan ayrıldıqdan sonra “Beşiktaş”ın akademiyasında çalışıb. "Qara qartallar"ın U-19 komandasına rəhbərlik edən baş məşqçi Sergen Yalçının istefasından sonra əsas komandaya dəvət edilmiş.