"Liverpul" keçmiş "Fənərbaxça"lını istəyir

"Napoli"nin müdafiəçisi Kim Min-Je Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.

Newsport.az-ın məlumatına görə, cənubi koreyalı futbolçunu transfer etmək klublardan biri "Liverpul"dur. İngiltərə təmsilçisi qış transfer pəncərəsi zamanı Neapol klubuna 25 yaşlı mərkəz müdafiəçisi üçün təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Kim Min-Je "Napoli"ye mövsümün əvvəlində "Fənərbaxça"dan 18 milyon avroya transfer olunub. O, İtaliya klubunun heyətində meydana çıxdığı 8 matçda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right