"Fənərbaxça"nın hücumçusu millidə zədələndi

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin hücumçusu Coşua Kinq sıradan çıxıb. 30 yaşlı forvard Norveç milli komandasının düşərgəsində zədələnib.

Təcrübəli futbolçu yığmanın UEFA Millətlər Liqasında Sloveniya və Serbiya ilə matçlarını buraxacaq.

Qeyd edək ki, "Fənərbağça" Coşua Kinqi mövsümün əvvələində transfer edib. O, "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 8 oyunda 3 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right