Qazaxıstanlı futbolçu: "Azərbaycan millisi möhkəm komandadır"

Qazaxıstan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin son turunda sabah Azərbaycanın qonağı olacaq. 

Newsport.az-ın məlumatına görə, matçdan öncə keçirilən mətbuat konfransında yığmanın müdafiəçisi Yan Voroqovski açıqlama verib:

"Sabah meydana kim çıxsa, yüz faizini ortaya qoyacaq. Məqsədimizə çatsaq da heç bir arxayınlıq yoxdur. Azərbaycan millisi möhkəm komandadır. Bunu ilk oyunda da gördük. Sabah bizi çox çətin oyun gözləyir. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Necə oynamışıqsa, o cür də davam edəcəyik.

- Azərbaycan millisi son iki oyunda qələbə qazanıb. Sabah məğlub olmaqdan qorxmursuz?

Azərbaycan milli komandasının güclü olmasına şübhə yoxdur. Slovakiya üzərində qazanılan qələbəyə görə onları təbrik edirəm. Biz də sabah uğurlu nəticəyə ümid edirik.

- Azərbaycanın Slovakiya üzərində qələbəsi sizi təəccübləndirmədi?

- Xeyr. Bu, mənim üçün sürpriz olmadı. Rəqibimizə hörmətlə yanaşırıq. Ümidvaram ki, bizə də hörmətlə yanaşacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right