"Turan Tovuz"un legionerləri uşaqlarla futbol oynadı

Bu gün “Turan Tovuz” Futbol Akademiyasının U-11 komandasının əyləncəli məşqi təşkil olunub.

Newsport.az-ın məlumatına görə, məşqdə baş məşqçi Ayxan Abbasov, akademiya koordinatoru Rasim Əliyev, köməkçi məşqçilərimiz Elnur Çodarov, Kamil Qafarov və əsas komandanın futbolçuları Natan Oduva və Ben Aziz Dao da iştirak ediblər.

Bir saatdan çox çəkən məşqdə əyləncəli anlar yaşanıb. U-11 komandasının üzvləri Natan Oduva və Ben Aziz Dao ilə birlikdə müxtəlif təmrinləri yerinə yetiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right