Kloppu "ovsunlamaq" üçün bunu etdi

"Liverpul"un futbolçusu Artur baş məşqçisi Yurgen Kloppu heyran etmək və daimi olaraq əsas heyətdə oynamaq istəyir. 

Newsport.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi artıq arzusunu reallaşdırmaq üçün hərəkətə də keçib. O, özünə fizioterapevt, fitnes məşqçisi və dietoloq tutub. Artur düşünür ki, bu yolla Kloppu təsirləndirə bilər. Müqavilə ilə "Yuventusa" məxsus olan və "Liverpul"a icarə əsasında keçən braziliyalı oyunçu həm də kluba birdəfəlik transfer olunmaq üçün belə addım atıb.

Qeyd edək ki, "Liverpul" və Artur sentyabrın 2-də 2022/23 mövsümünün sonunadək müqavilə imzalayıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right