"Cenoa" yollarını ayırdığı ukraynalı sabiq baş məşqçisi Andrey Şevçenko ilə müqaviləyə xitam verib.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
45 yaşlı mütəxəssislə yanvarın 15-də yollar ayrılsa da, tərəflərin müqaviləsi davam edirdi. Lakin B seriyası təmsilçisi artıq sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verdiklərini açıqlayıb.
Qeyd edək ki, Şevçenko baş məşqçi vəzifəsinə ötən ilin noyabrında təyin olunmuşdu. Komanda bu müddət ərzində 11 oyundan yalnız 1-də qalib gəlib. "Cenoa" 7 görüşdə uduzub, 3 matçda heç-heçə edib. Mövsümün sonunda isə komanda autsayder kimi A seriyasını tərk edib.