Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci tura start veriləcək. Newsport.az xəbər verir ki, A, C və D Liqaları çərçivəsində ümumilikdə 10 oyun keçiriləcək.
A Liqasında Danimarka və Niderland seçmələri bu tur final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunun üçün 1-ci qrupda yer alan skandinaviyalılar Zaqrebdə Xorvatiyaya, "narıncılar" isə Varşavada Polşaya qalib gəlməlidir.
Bundan başqa, 1-ci qrupda Fransa millisi evdə Avstriyaya uduzsa, sona 1 tur qalmış A Liqası ilə vidalaşacaq.
Gecənin maraqla gözlənilən matçlarından biri C Liqasında olacaq. Türkiyə yığması Lüksemburqu qəbul edəcək. "Ay-ulduzlular" evdə rəqibinə uduzmasa, vaxtından əvvəl B Liqasına vəsiqə qazanacaq.
Azərbaycan millisinin yer aldığı 3-cü qrupda Slovakiya evdə Canni De Byazinin baş məşqçi olduğu komandaya uduzsa, Qazaxıstan Belarusla matçın nəticəsindən asılı olmayaraq, qrup qalibi olacaq və B Liqasına yüksələcək.
D Liqasında isə Latviya millisi bu tur qrup birinciliyini vaxtından əvvəl təmin edə bilər.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
22 sentyabr
A Liqası, 1-ci qrup
22:45. Fransa - Avstriya
22:45. Xorvatiya - Danimarka
Xal: Danimarka – 9. Xorvatiya – 7. Avstriya – 4. Fransa – 2.
A Liqası, 4-cü qrup
22:45. Polşa - Niderland
22:45. Belçika - Uels
Xal: Niderland – 10. Belçika – 7. Polşa – 4. Uels – 1.
C Lqası, 1-ci qrup
22:45. Türkiyə - Lüksemburq
22:45. Litva - Farer adaları
Xal: Türkiyə – 9. Lüksemburq – 7. Farer adaları – 4. Litva – 0.
C Lqası, 3-cü qrup
18:00. Qazaxıstan - Belarus
22:45. Slovakiya - Azərbaycan
Xal: Qazaxıstan – 10. Slovakiya – 6. Azərbaycan – 4. Belarus – 2.
D Liqası, 1-ci qrup
20:00. Latviya - Moldova
22:45. Lixtenşteyn - Andorra
Xal: Latviya – 12. Moldova – 7. Andorra – 4. Lixtenşteyn – 0.