Tanınmış futbolçu qismən səfərbərliyin elan olunmasına görə Rusiyanı tərk edəcək?

"Spartak"ın üzvü Keyta Baldenin Rusiyanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb. 

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, seneqallının bu qərarı verməsinin səbəbi Rusiyada qismən səfərbərliyin elan edilməsidi.

Futbolçunun İtaliyaya qayıdacağı gözlənildiyi bir anda, meneceri yayılan xəbərləri təkzib edib. O, yarımmüdafiəçinin Moskvadan ayrılmayacağını söyləyib:

"Balde Rusiyanı tərk etməyəcək. O, klubunda qalır”.

​İspaniyada doğulmuş seneqallı “Latsio”, “Monako”, “İnter”, “Sampdoriya”, “Kalyari”də oynadıqdan sonra bu il “Spartak”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right