Almaniya millisində ciddi itkilər

Almaniya milli komandası ciddi itkilərlə üzləşib.

 

Newsport.az xəbər verir ki, Bundestim qapıçı Manuel Noyer və yarımmüdafiəçi Leon Qoretskanın xidmətindən məhrum olub. Onların koronavirus testinin nəticəsi müsbət çıxıb.

 

Hər iki futbolçu millinin düşərgəsindən uzaqlaşdırılıb və karantinə alınıb. Noyerin əvəzində "Hoffenhaym"ın qapıçısı Oliver Baumann yığmaya çağırılıb.

 

Qeyd edək ki, Almaniya millisi UEFA Millətlər Liqasında sentyabrın 23-ü Macarıstanla, 26-dı isə İngiltərə ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right