"Barselona"nın kapitanı Devid Bekhemin klubuna keçir

İspaniya "Barselona"sının kapitanı Serxio Buskets ABŞ-ın "İnter Mayami" klubu ilə danışıqlar aparır.

Newsport.az "Diario Sport"a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında Kataloniya təmsilçisindən ayrılacaq.

Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən "Barselona"da çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. "İnter Mayami" İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right