Luis Enrike futbola yenilik gətirdi

İspaniya millisinin baş məşqçisi Luis Enrike məşq prosesində yenilik tətbiq edib.

Newsport.az xəbər verir ki, bundan sonra milli komandanın məşqlərində məşqçi futbolçularına tapşırıqlarını həm də ratsiya vasitəsi ilə verməyə başlayacaq. Futbolçular onun dediklərini formalarının altında yerləşdirilən kiçik dinamiklər vasitəsi ilə eşidə bilirlər. Bu üsuldan ilk dəfə olaraq komandanın hazırkı toplanışında istifadə olunur. İspaniya millisinin qarşıda Millətlər Liqasının matçları gözləyir. Onlar ML-də növbəti görüşlərini İsveçrə (24 sentyabr, evdə) və Portuqaliyaya (27 sentyabr,  səfərdə) qarşı keçirəcək.

“Yeni texnologiya bizim sərəncamımızdadır” – deyə İspaniya millisinin rəsmi Tvitter hesabında bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right