"Mançester Siti"nin futbolçusu Kevin De Bruyne son zamanlarda şəxsi həyatı ilə bağlı çox tənqid olunan komanda yoldaşı Cek Qrilişi müdafiə edib.
Newsport.az-ın məlumatına görə, "The Guardian"a danışan belçikalı yarımmüdafiəçi Qrilişlə bağlı bunları deyib:
"Özümü digər əcnəbi oyunçular kimi hiss edirəm. Məsələn, hardasa məclis qururamsa, məni izləmirlər. Eyni şeyi ingilis futbolçu etsə, sabahı mətbuatda olacaq. Düşünürəm ki, insanlar nəzərə almalıdır ki, futbolçuların da şəxsi həyatları var və bu, onları narahat etməməlidir. Ancaq nədənsə, insanlar ancaq belə şeylərə diqqət edir".
2021-ci ilin avqustundan "Mançester Siti"də çıxış edən Qriliş "şəhərlilər"lə 45 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.