“Benfika”nın yarımmüdafiəçisi Rafael Silva Portuqaliya milli komandasındakı karyerasını başa vurub.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı vinger bundan sonra yığmanın formasını geyinməyəcəyini açıqlayıb.
Məsələ ilə bağlı baş məşqçi Fernando Santosu məlumatlandıran təcrübəli forvard, azarkeşlərdən qərarına hörmətlə yanaşmalarını istəyib.
Rafael Silva 2014-cü ildən formasını geyindiyi Portuqaliya millisində 25 oyun keçirsə də, qol vura bilməyib. O, 2016-cı ildə yığmanın heyətində Avropa çempionu, 3 il sonra isə UEFA Millətlər Liqasının qalibi olub.