“Borussiya”dan ayrılan futbolçunun yeni klubu bəlli oldu

Dortmund “Borussiya”sının sabiq futbolçusu Dan-Aksel Zaqadu azad agent kimi “Ştutqart”a keçib.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb. Fransız müdafiəçi ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.

Zaqadu 2017-ci ildən “Borussiya”da çıxış edirdi. O, Dortmund təmsilçisi ilə Almaniya Bundesliqasında 67, Çempionlar Liqasında 15 matç keçirmişdi. Zaqadunun sabiq klubu ilə müqaviləsi bu yay başa çatmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right