Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Cüdo üzrə Rusiya milli komandasının Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında iştirakına icazə verilməyəcəyi dəqiqləşib.

Newsport.az-in məlumatına görə, bu barədə Rusiya Cüdo Federasiyasının prezidenti Vasili Anisimov TASS-a açıqlama verib.

O, mundiala qatılmayacaqlarını təsdiqləyib: "Beynəlxalq Olimpiya Komitəsinin qərarı təkcə Rusiyanın cüdo komandasına deyil, bütün idmançılarına şamil edilir".

Qeyd edək ki, Daşkənddəki dünya çempionatı 6 - 12 oktyabrda olacaq. Daha əvvəl Ukrayna Cüdo Federasiyası Rusiya idmançılarına icazə veriləcəyi halda dünya çempionatını boykot edəcəyini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right