Futbol üzrə Yunanıstan çempionatında 5-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.
Pirey təmsilçisi səfərdə “Aris”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda “Qarabağ”ın rəqibi 1:2 hesablı məğlubiyyətə üzülüb. 15-ci dəqiqədə hesabı açan “Olimpiakos”, 76 və 80-ci dəqiqələrdə buraxdığı qollarla meydanı xalsız tərk edib.
5 turdan sonra 8 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.