UEFA Millətlər Liqasının Azərbaycan və Belarusla oyunlarından öncə Slovakiya milisinin heyətində dəyişiklik edilib.
Newsport.az-ın məlumatına görə, "Slaviya"nın (Praqa) hücumçusu İvan Şrants zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə milliyə "Slovan"dan (Bratislava) David Hrnçar yığmaya cəlb olunub.
Qeyd edək ki, sentyabrın 22-də Trnavadakı Anton Malatinski stadionunda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.