"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant"ın baş məşqçisi Antuan Kambuare Fransa Liqa 1-in 8-ci turunda "Lans"la oyun öncəsi mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, o, Avroliqada 2-ci turda Ağdam təmsilçisinə 0:3 hesabı ilə uduzduqları matçı təhlil və müzakirə etdiklərini deyib: "Qarabağ"la oyundan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik. İndi diqqətimizi "Lans"la matça yönəltmişik. Gözəl oyun nümayiş etdirmək istəyirik".
Qeyd edək ki, bu gün keçiriləcək "Nant" - "Lans" görüşü Bakı vaxtı ilə saat 19:05-də başlayacaq.