"Qarabağ"ın rəqibi forvardını icarəyə verdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Nant" futbolçusunu icarəyə göndərib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bric Ndilu "Şole"də oynayacaq.

Klublar arasında razılığa əsasən 22 yaşlı hücumçu mövsümün sonuna qədər adıçəkilən komandada çıxış edəcək.

“Qarabağ” qrup mərhələsinin ikinci turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right